Bu bürclər eşq həyatında uğursuz olur - Onlardan qaçın

Astroloqların fikrincə Balıqlar, Şir və Əqrəb bürcü altında doğulan insanlar bir çox hallarda şəxsi münasibətlərdə uğursuz olurlar.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, bu bürclərin xarakterik xüsusiyyətləri onların sevgi münasibətlərində, iş həyatındakı insanlarla ünsiyyətdə uğurlu olmalarına mane olur.

Balıqlar - onlarla münasibətə başlayan qadınlar iki dəfə düşünməlidirlər. Balıqlar dost mühitində uğurlu həmsöhbət ola bilərlər. Lakin heç də romantik və anlayışlı bir həyat yoldaşı olmurlar. Onların eqoistlikləri sizi bir müddət sonra bezdirə bilər.

Şir - liderlik ardınca qaçan Şirlər yanlız özlərini düşünürlər. Bu isə sevgi münasibətləri üçün zərərli xüsusiyyətdir. Onlar həm iş həyatındakı münasibətlərdə, həm də sevgidə uğursuz ola bilirlər. Onları seçərkən, riski gözə almaq lazımdır.

Əqrəb - ilk baxışdan yardımsevər və ünsiyyətcil kimi görünsələr də, bir müddət sonra onların eqoist davranışları üzə çıxır. Dost mühitində yaxşı yoldaş olmağı bacarsalar da, sevgi münasibətlərində "sinifdə qalırlar".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı