Baş prokurorluqdan Ağdamda öldürülən qızla bağlı açıqlama

Baş prokorurloq Ağdamda 24 yaşlı qızın atası tərəfindən qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlara açıqlama verib.

Baş prokorurluqdan Metbuat.az-a verilən məlumatda bildirilir ki, bəzi media qurumları tərəfindən rəsmi qurumla dəqiqləşdirmə aparmadan Nərgiz Nəcəfovanın Ağdam rayonu ərazisində itkin düşməsi faktına dair təhrif olunmuş məlumatlar yayılıb. Qeyd edilən hallar jurnalist etikasının pozulmasına səbəb olmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur. Süni ajiotaj yaratmaq məqsədilə ictimailəşdirilmiş həmin məlumatlarla bağlı bildirilir ki, Ağdam rayon sakini 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın 4 il əvvəl itkin düşməsi faktına bütün təfərrüatlar hərtərəfli araşdırılır. Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında cinayət işi başlanmaqla istintaq aparılır.

Media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı