Prezident İlham Əliyev Samir Musa oğlu Rzayevin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Metbuat.az xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.
Samir Rzayevin dosyesini təqdim edirik:
Samir Musa oğlu Rzayev 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib. Həmin təyinata qədər isə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti kimi fəaliyyət göstərib. Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini 2003-2004-cü illərdə Böyük Britaniyanın Durham Universitetində davam etdib. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.
Ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə məxsus "Azərbaycan Supermarket" MMC-yə bağlı olan “Bravo” supermarketlər şəbəkəsində satış müdiri vəzifəsində çalışıb.
2009-2017-ci illərdə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunda Maliyyə şöbəsinin müdiri işləyib. Ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə məxsus "Azərbaycan Supermarket" MMC-yə bağlı olan “Bravo” supermarketlər şəbəkəsində satış müdüri vəzifəsində çalışıb.
2022-ci ilin fevral ayında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti, noyabr ayında AZAL-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinə dəyişiklik edilmişdi. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalamışdı. Qərara əsasən, Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibinə dəyişik edilmişdi. Dəyişikliklə İdarə Heyətinin tərkibi 7 nəfərdən - Cəmiyyətin prezidenti, 2 birinci vitse-prezidenti və 4 vitse-prezidentindən ibarət olub. O vaxta qədər isə İdarə Heyətinin tərkibi 7 nəfərdən- Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət idi.