Türkiyə-Azərbaycan Universitetinin qurulması region təhsil sistemi üçün nə vəd edir?

Xəbər verdiyimiz kimi, Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələrinə açıqlamasında bildirib ki, iki ölkə arasında imzalanmış memoranduma əsasən, universitetdə birgə tədris prosesi qurulacaq. Birgə tədris prosesi Türkiyə və Azərbaycan müəllimləri tərəfindən aparılacaq. Tədris dili ilk olaraq türk və ingilis dili üzrə olacaq.

Bu barədə Metbuat.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov bildirib ki, bir çox sahələrdə uğurlu əməkdaşlıq edən Azərbaycan-Türkiyə arasında qurulacaq birgə universitet, tədris prosesinin inkişafına xidmət edəcək:

Ermənistan Azərbaycana

“Bu gün Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir. Qarşımızda dayanan əsas məsələlərdən biri, digər sahələrdə də birgə addımların atılmasıdır. Hesab edirəm ki, Azərbaycanın təhsil sistemi də Türkiyə təhsil sisteminə uyğunlaşmalıdır. Çünki Türkiyədə təhsil kifayət qədər inkişaf edib və bu yolla bizim təhsilimiz də yeni uğurlara imza ata bilər. Birgə universitet yaradılması təklifini önəmli və uğurlu addım kimi qiymətləndirirəm. Bu, həm təhsilimizin, həm iki ölkə arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcəkdir”.

Millət vəkili Cavid Osmanov da iki ölkə arasında təhsil istiqamətində imzalanan memorandumu əhəmiyyətli hesab edib:

“Ölkəmizə qarşı revanşist iddiada olanların aqibəti pis olacaq” -

“Prezident İlham Əliyevin qardaş ölkəyə rəsmi səfəri zamanı təhsillə bağlı önəmli anlaşma imzalandı. Anlaşmaya əsasən, Türkiyə-Azərbaycan Universiteti yaradılacaq. Gələcəyə yönəlmiş bu təşəbbüs Türkiyə-Azərbaycan birliyinin növbəti rəmzidir. Yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Bəyanatında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına münasibət bildirən Prezident İlham Əliyev vurğuladı ki, gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalı, milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır”.

Hazırda cəmiyyəti maraqlandıran suallardan biri də Türkiyə-Azərbaycan Universitetində qəbul qaydalarının və hansı ixtisaslar üzrə tədris prosesinin aparılması ilə bağlıdır.

Təhsil eksperti Elçin Əfəndi Metbuat.az bildirib ki, yeni yaradılmış Türkiyə - Azərbaycan Universiteti əsasən texnoloji yönümlü ixtisaslara qəbul həyata keçirəcək:

Yaş 2 olsa da, fəaliyyətiniz beşlikdir" - Elçin Əfəndi

“İlk qəbul ilindən bir müddət sonra, fərqli ixtisaslar üzrə tələbələrin qəbulu mümkün olacaq. Belə bir universitetin yaradılması labüddür. Bildiyiniz kimi, Azərbaycanda Fransız Universiteti də fəaliyyət göstərir. Baxmayaraq ki, Fransa Azərbaycana qarşı neqativ siyasət yürüdür, amma universitetdə təhsil prosesi normal davam etdirilir.

Hal-hazırda İtaliya Azərbaycan Universitetin yaradılması istiqamətində işlər aparılır. Bu istiqamətdə Türkiyə-Azərbaycan Universitetinin fəaliyyət göstərməsi daha labüd idi. Ölkəmizdə yaşayan vətəndaşların müəyyən bir hissəsi təhsil arxasınca xarici ölkələrə, o cümlədən Türkiyəyə üz tutur. Bu nöqteyi-nəzərdən düşünürəm ki, Türkiyə -Azərbaycan Universitetinin yaradılması, Türkiyədə təhsil almaq istəyən tələbələrin sayına təsir etmiş olacaq. Onlar birbaşa ölkəmizdə, məhz həmin universitetdə təhsil almaqda maraqlı olacaqlar”.

Növbəti təhsil ilindən Dövlət İmtahan Mərkəzi tərəfindən həm Türkiyə-Azərbaycan, həm də yeni yaradılmış Qarabağ Universitetinə qəbul aparılacağını xatırladan Elçin Əfəndi qeyd edib ki, hər iki universitetin yaranması ümumi universitetlərarası rəqabət mühitini daha da çoxaldacaq:

“Bütün bu nəticələr ümumi təhsilin keyfiyyətinə təsirsiz ötüşməyəcək. Biz müsbət məqamlar gözləyirik. Türkiyə-Azərbaycan universitetinin mövcudluğu, gələcəkdə türk dövlətlərini əhatə edən ölkələrin vətəndaşlarının burada təhsil almaları üçün maraqlı görünəcək. Fikrimcə, universitetin yaradılması Azərbaycan gəncliyi üçün böyük bir investisiyadır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı