İki bağçaya elektron qeydiyyat başlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki yeni istifadəyə verilmiş iki uşaq bağçasına elektron qeydiyyata start verilib.

Təhsil İdarəsindən Metbuat az-a bildirilib ki, Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən 348 nömrəli uşaq bağçası və Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 347 nömrəli körpələr evi-uşaq bağçasına uşaqların qəbulu prosesinə başlanılıb. Həmin ərazidə yaşayan valideynlər https://www.bq.edu.az qeydiyyat sistemində şəxsi kabinet yaradaraq övladlarını qeydiyyatdan keçirə və növbəyə yazıla bilərlər.

Qeyd edək ki, 348 nömrəli uşaq bağçasında 5 qrupun, 347 nömrəli körpələr evi-uşaq bağçasında isə 7 qrupun fəaliyyətə başlaması nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı