“Qarabağ” “Qalatasaray”ı geridə qoydu

Klubların UEFA reytinqi açıqlanıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Qarabağ” 32,000 xalla 56-58-ci yerləri bölüşür.

Təmsilçimiz “Fənərbaxça” (Türkiyə) və “Seltik”lə (Şotlandiya) eyni xala malikdir. Əlavə göstəricilərə görə Qlazqo təmsilçisini qabaqlayan “Qarabağ” 57-cidir.

Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı (Portuqaliya) mübarizədən kənarlaşdıran (4:2, 2:3) Qurban Qurbanovun yetirmələri hesabına 1,000 xal əlavə edib. Bu bonus xalı nəticəsində cari mövsüm qazanılan əmsalımız 10,000-a çatıb. Son mövsümün nəticələrinə əsasən hesablanan reytinq xalı 32,000-a yüksəlib.

Ötən həftə cədvəldə 59-60-cı yerləri bölüşən “Qarabağ” siyahıda irəliləyib. Azərbaycan klubu “Fiorentina” (31,000) və “Qalatasaray”ı (31,500) keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı