SOCAR-ın "Qaz İxrac" idarəsi tərəfindən “İmişli 1” ölçü qovşağının təftiş edilməsi, həmçinin “İmişli 2” qaz ölçü qovşağının istismara verilməsi məqsədilə impuls xətlərinin çəkilməsi, çoxparametrli sensorun və daraldıcı qurğunun quraşdırılması ilə bağlı 26.02.2024-cü il tarixində saat 14:00-dan 18:00-dək “İmişli 1” ölçü qovşağından qazın nəqlinin dayandırılması planlaşdırılır.
Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Məlumata əsasən, qaz təchizatı dayandırılan müddətdə İmişli şəhəri daxil olmaqla, rayonun 2 qəsəbəsinin (Yeni Bəhrəmtəpə və Bəhrəmtəpə Məcburi Köçkünlər qəsəbələri) və 20 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.