Azad edilmiş ərazilərdə məscidlər və kilsələr təmir edilir - Allahşükür Paşazadə

İşğal dövründə məscidlərin dağıdılması kimi hallar olub.

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

"Bu gün isə işğaldan azad olunmuş ərazilərdəki məscidlər, kilsələr, bütün mədəni abidələr təmir olunur. Eləcə də Şuşada və Qarabağın digər ərazilərində məscidlərin tikintisi aparılır. Qarabağa qayıdan soydaşlarımız həmin məscidlərdə ibadətlərini edəcəklər", - o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR