“Sağlam həyat xəritəsi” qrant müsabiqəsinin qalibi oldu

“Təhsildə İnnovativ Texnologiyalar” VII Qrant müsabiqəsi qalibi layihənin rəhbəri Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan Olimpiada mərkəzinin biologiya müəllimi Mənsurə Məmmədova olub.

Bu barədə Metbuat.az-a açıqlamasında Mənsura Məmmədova bildirib ki, ”Sağlam həyat xəritəsi” adlı layihəsi ilə ömürboyu əməl etməsi üçün ortaq dəyərlər formalaşdırmağı məqsədəuyğun hesab edir.

“Keyfiyyətsiz “qeyri-sağlam həyat tərzi” effektsiz təhsil həyatına, qeyri-məhsuldar şəxsiyyətin, vətəndaşın formalaşmasına səbəb olur. Layihə təklifimdə şagirdlərin fiziki aktivliyini, fiziki-sağlam həyat tərzini, düşüncə çevikliyini, xəstəliklərə qarşı proflaktik davranışlarını erkən dövrdən düzgün istiqamətləndirmək üçün, şagirdlərin mütəxəssislərlə birgə araşdırmalar aparılması istiqamətlərini tətbiq etdik.

Layihəmin məqsədi Şirvan məktəblilərini sağlam həyat tərzi üçün müvafiq mövzu istiqamətlərdə praktik araşdırma və tətbiq fəaliyyətlərinə cəlb edərək, fərdi “Sağlam həyat xəritəsi”ni tərtib etməsidir. Eyni zamanda ortaq inkişaf dəyərləri formalaşdıraraq “ümumi sağlam həyat xəritəsi”nə davamlı əməl etməyə nail olmaqla, şagirdlərin keyfiyyətli həyat tərzinə vərdiş etməsi və keyfiyyətli təhsili təmin etməkdir”.

Qeyd edək ki, layihədə proqramların, təqdimatların, materialların hazırlanması,hədəf qrupu olacaq 20 nəfər şagirdin seçilməsi, sağlam qidalanma, fiziki sağlamlıq, qan xəstəlikləri, göz sağlamlığı, günlük aktiv rejim və s. modullar üzrə elmi savadlılığa əsaslanan tətbiqi fəaliyyətlərin hazırlanması kimi və s hədəflər müəyyən edilib.

Layihə çərçivəsində şagirdlərə öncədən nəzərdə tutulmuş proqram üzrə10 dərs keçilib,Şirvan Olimiya İdman komleksunə və Şirvan Reablitasiya Mərkəzinə ekskursiya olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı