Bu banklar faizsiz borc verəcək – İqtisadçı izah etdi

“İslam Bankçılıq sistemində fərq ondadır ki, hər hansısa sələmə, faizə pul vermək anlayışı yoxdur. Burada daha çox proses müştərəklik, şəriklik prinsipi üzərindən qurulur”.

Bu açıqlamanı Metbuat.az-a iqtisadçı Fuad İbrahimov edib. Azərbaycanda İslam bankçılığı sistemi yaradılması barədə danışan iqtisadçı bildirib ki, belə yanaşmayla öncədən ziyanın tam ölçülüb-biçilməsi dəyərləndirilə bilir:

Rublla hesablaşma: Azərbaycanı hansı çətinlik gözləyir? -

“Bu sistemdə hər hansı məqsədlə görülən işə vəsait cəlb olunursa, fors-major halı istisna olunmaqla, digər hallar minimuma endirilir. Bu yaxşı haldır. Artıq bank dünyasına müraciət edənlər arasında kifayət qədər sağlam düşüncəli, öz işini səliqəli, peşəkarlıq üzərində hazırlayan insanlar var. Bu da sağlam düşüncələrin maliyyələşməsi üçün müsbət töhfə verə biləcəkdir. Baxmayaraq ki, sistem İslam dünyasının tələbnaməsinə aiddir, amma Qərb dünyasında da kifayət qədər İslam Bankçılığına maraq göstərənlər var. Hətta Böyük Britaniyada qanunvericilikdə də bu sistemə müəyyən dəyişikliklər, uyğunlaşmalar gedib. Bununla bağlı ABŞ-dən Çinə qədər, Avropada da bu sistem inkişaf edib”.

İslam Bankçılıq sisteminə keçidin Azərbaycanda da sağlam düşüncəli biznesin üzə çıxmasında kifayət qədər stimullaşdırıcı təsir edəcəyini qeyd edən Fuad İbrahimov hesab edir ki, bunun reallaşması üçün daxili təlimatlarda, qanunvericilikdə müəyyən dəyişikliklər də olacaqdır.

“Amma hər bir halda bunu tətbiq edə bilsək, müsbət vəziyyətin şahidi olacayıq”,- deyə iqtisadçı qeyd edib.

Məlumat üçün bildirək ki, İslam bankçılıq sistemində başlıca şərt, bankdan kredit götürülərkən faiz tutulması və vəsaitin vətəndaşa ortaqlıqla verilməsidir. Belə olan halda borca görə faiz hesablanmır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı