Azad edilən ərazilərdəki bu anbarların tikintisi yekunlaşdı

Bir milyondan çox yeni sayğac quraşdırılıb.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.

Sədr bildirib ki, suyun sayğaclaşdırılması 90 %-ə çatdırılıb: “Hədəfimiz bunu 100 %-ə çatdırmaqdır. Ölkə ərazisində su ehtiyatlarının səmərəli istifadəsinin təmin edilməsi məqsədi ilə Prezidentin sərəncamı ilə bizim Agentlik yaradılıb”.

Zaur Mikayılov azad edilmiş ərazilərdə də su anbarlarının tikintisindən bəhs edib: “Xaçınçay və digər su anbarları və kanallarının tikintisi başa çatdırılıb. Laçında 2022-ci ildə başlanmış su anbarının tikintisinin bu ilin ilk yarısında yekunlaşdırılması planlaşdırılır. Cəbrayılda Qız Qalası su anbarının və bir sıra digər obyektlərin layihələndirilməsi işləri tamamlanıb. Şuşa şəhərində içməli su sisteminin yenidən qurulması işlərinə başlanıb. Laçın şəhərinin içməli, yağış suları sistemləri yaradılıb. Xankəndi, Xocalı, Qubadlı kimi məskunlaşma olacaq ərazilərdə içməli sus sistemləri qurulur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı