Koreya Prezidenti İlham Əliyevə məktub ünvanladı

Koreya Prezidenti Yun Sok Yol Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Metbuat.az xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Koreya Respublikasının hökuməti və xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Uzaqgörənliyiniz və liderliyiniz sayəsində Azərbaycan Respublikasının davamlı şəkildə inkişaf edəcəyinə əminəm.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən bəri müxtəlif sahələrdə dostluq və əməkdaşlıq münasibətlərimiz genişlənmişdir. Son dövrlərdə enerji, infrastruktur, səhiyyə, “ağıllı kənd” və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsindən xüsusilə böyük məmnunluq duyuram.

Əminəm ki, birgə səylərimizlə ölkələrimiz arasında ikitərəfli əlaqələr daha da inkişaf edəcəkdir.

Sizə cansağlığı, Azərbaycana daimi inkişaf arzu edirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı