Qayda pozuntusuna yol verən sürücülər cəzalandırıldılar - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı avtomobili konstruksiya dəyişikliyi edərək idarə edən, müvafiq sənədləri olmayan, eləcə də nəqliyyat vasitələrinin yan şüşələrinə pərdə və jalüz quraşdıran sürücülər müəyyən edilərək saxlanılıblar.

Yol patrul xidmətinin əməkdaşları qayda pozuntusuna yol vermiş sürücülərlə izahedici söhbətlər aparıb, yol hərəkəti qaydalarına ciddi riayət etməyin vacibliyini onlara çatdırıblar. Qaydaları pozan sürücülər barəsində qanunamüvafiq tədbir görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı