Paris Berlinin vasitəçilik təşəbbüslərinə qısqanc yanaşır - Politoloq

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlin görüşü arxada qaldı. Görüşdə irəliləyiş əldə olunduğuna dair məlumat yoxdur. Buna baxmayaraq, davamlı görüşlər ortamı yumşaltmaq məqsədi daşıyır. Ancaq işi yenə Paris poza bilər".

Metbuat.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Münxen görüşündən sonra da belə olmuşdu, liderlər Almaniyanın şəhərində görüşüb fikir mübadiləsi aparmaqla ortamı yumşaltmışdılar.

"Ancaq bu görüşdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Parisə çağrılması və oradan Azərbaycan əleyhinə verdiyi açıqlamalar gərginliyi yenidən artırdı. Paris bu dəfə də eynisini edə bilər. Digər tərəfdən, Paris Berlinin vasitəçilik təşəbbüslərinə qısqanc yanaşır. Paris yanlış siyasətinə görə kənarda qalıb. Anti-Azərbaycan siyasətinə görə Paris Bakı ilə İrəvan arasında vasitəçi statusunu itirib. Bu rola hazırda Berlin iddialıdır və hələ ki, pis alınmır".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı