BQXK-dan saxlanılan Azərbaycan hərbçisi ilə bağlı AÇIQLAMA

Beynəlxalq Qızıl Xaç Komitəsi azaraq Ermənistan tərəfə keçən, Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahovla bağlı danışıqlar aparır.

Komitənin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Metbuat.az-a bildirib ki, məsələ ilə bağlı danışıqlar davam edir:

"Biz bu məsələ barədə məlumatlıyıq və aidiyyatı qurumlarla ikitərəfli konfidensial dialoq aparırıq. Mandatına uyğun olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərə rəftar, saxlanma şəraitini monitorinq etmək və onların ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq üçün onlara baş çəkir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı