Azərbaycanla Albaniya arasında Saziş imzalandı

Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb.

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşım edib.

“İqtisadi münasibətlərinin inkişafında energetika, ticarət, turizm, sənaye, kənd təsərrüfatı, nəqliyyat və infrastruktur kimi sahələr mühüm istiqamətlərdir. Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku ilə görüşdə ikitərəfli biznes tərəfdaşlığının, sərmayə qoyuluşunun və birgə fəaliyyətin təşviqi imkanları barədə səmərəli müzakirələr apardıq. Görüş çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında imzaladığımız Saziş prioritet sahələrdə əlaqələrin güclənməsinə töhfə verəcək” - deyə Mikayıl Cabbarov bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı