"Zirə" "Turan Tovuz"a, "Sabah" "Araz-Naxçıvan"a qarşı

Premyer Liqada 25-ci turun oyunları davam edir.

Metbuat.az xəbər verir ki, bu gün daha 2 matç keçiriləcək.

"Zirə" "Turan Tovuz"u qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq. Günün son qarşılaşmasına "Araz-Naxçıvan" "Sabah"ın qonağı olacaq. Bu oyuna saat 18:30-da start veriləcək.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.

2 mart (şənbə)

16:00. “Zirə” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov
Zirə İK stadionu

18:30. “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
“Bank Respublika Arena”

3 mart (bazar)

16:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Qəbələ şəhər stadionu

19:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Neftçi Arena”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR