Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Malatya şəhərində 4,4 maqnitudalı zəlzələ olub.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.

Qurumun verilənlərinə əsasən, yeraltı təkanların episentri 7,31 km dərinlikdə olub. Zəlzələ yerli vaxtla 17:43-də (Bakı vaxtı ilə 18:43-də) qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı