“Real Madrid” Arda Güleri icarəyə göndərmək üçün futbolçunu razı salmağa çalışır.
Metbuat.az xəbər verir ki, Arda klubda qalıb əsas heyətə düşməyə çalışsa da, Ançelotti futbolçunu əsas heyətdə oynatmaq istəmir. Karlo Ançelottinin "Valensiya" matçından əvvəl Arda Gülerlə daha bir təkbətək görüş keçirdiyi iddia edilib. “OKDiario”nun məlumatına görə, italyan məşqçi Arda ilə görüşündə ona Kilian Mbappe və Endrikin mövsümün sonunda kluba qoşulacağını xatırladıb. Ançelottinin Arda Güleri icarəyə getməsi üçün razı salmağa çalışdığı irəli sürülür. Ardanın ehtiyatda qaldığına görə qəzəbli olduğu deyilir.
Qeyd edək ki, Karlo Ançelottinin bundan əvvəl Ardanı klubda saxlamaq istədiyi irəli sürülmüşdü.