"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti ötən gecə qol vuran türk futbolçu Arda Gülərin klubdakı gələcəyi barədə danışıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, "Real Sosyedad" matçından sonra jurnalistlərə açıqlama verən Ançelotti Ardanın klubda qalacağına şübhə olmadığını deyib:
"O, bizim üçün önəmlidir və yeni mövsümdə də sıralarımızda yer alacaq. Zədədən sonra məşqlərə gec başladı, buna görə oyunlara çıxması zaman aldı. Arda çox gəncdir və artıq heyətə uyğunlaşmağa başlayıb. Vurduğu bu qol onun hədiyyəsi idi".
Qeyd edək ki, “Real Soyedad” - “Real” (Madrid) (0:1) matçında yeganə qol Arda Gülərin ayağına yazılıb. Gənc futbolçu ümumilikdə cari mövsüm 8 qarşılaşmada meydana çıxıb və 2 qol vurub.