Nigar Camalın adından dələduzluq edildi - FOTO

"TikTok"da Nigar Camalın adından dələduzluq edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Nigar Camal öz instaqram səhifəsində paylaşım edib.

Onun adına "TikTok"da saxta profil açılıb və onun fanatları ilə danışılıb.

Nigar saxta hesab açanın Məmmədov Elşad adlı şəxs olduğunu bildirib:

"TikTok-da adıma saxta səhifə açaraq, fanatlarıma yazıb və onları aldadıb. Sonra mənimlə görüşdürmək adı ilə onlardan pul istəyib. Şəkillərini istəyib, daha sonra isə şəkilləri yaymaqla şantaj edib. Heç kim bu səhifəyə yazmasın və yazdıqlarına inanmasın".

Müğənni məsələ ilə bağlı polisə şikayət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı