Bayramqabağı bu məhsullar bahalaşacaq - AÇIQLAMA

"Azərbaycanın Dövlət Statistika tərəfindən istehlak qiymətləri indeksi hesablanarkən 528 adda mal və məhsulun, o cümlədən xidmətin qiyməti təhlil edilərək nəticə çıxarılır. Bundan da 151-i məhz ərzaq məhsullarıdır. Ərzaq məhsullarından ən çox istifadə edilənlərdə artım baş verir. Bu da tələbin artması fonunda olur. Müəyyən istiqamətlərdə tələbin artması, təbii artım yaradır".

Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bayram qabağı qiymət artımından danışarkən deyib. O bildirib ki, əvvəlki illərlə müqayisədə qiymətlərin süni bahalaşmasında kifayət qədər azalma var:

"Çünki, bu hallara dövlət tərəfindən ciddi nəzarət olunur. Amma bütün hallarda tələbin artması fonunda təbii ki, qiymətlərdə müəyyən artımlar olacaq. O ki qaldı hansı məhsulun qiymətinin artmasına, o məhsulların qiyməti artacaq ki, insanlar o məhsullara daha çox müraciət edir, süfrələrində həmin məhsullardan daha çox istifadə edir. Çox istifadə edilən məhsulların qiymətində artım ola bilər.

Amma bütün hallarda bayramdan sonrakı dövrdə yenə də qiymətlər tarazlaşaraq bugünkü formaya uyğunlaşacaq. Nəticə etibarilə artıq 5.1 faiz azalan infelyasiya düşünürəm ki, bu ildə 5 faizə qədər azala biləcək".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı