Xankəndi – Bakı ultramarafonunun qalibləri mükafatlandırıldı - FOTO

Xankəndi – Bakı ultramarafonunun mükafatlandırma mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev təqdim ediblər.

İlk üç yerin sahibinə müvafiq olaraq 8 min, 5 min və 3 min manat pul mükafatı verilib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Artyom Əliyev 380 kilometrlik məsafənin finiş xəttinə hamıdan birinci çataraq marafonun qalibi olub.

Yadigar Hüseynov yarışı ikinci, Seymur Şahbazov isə üçüncü tamamlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı