Peres Ardanı "qurban verdi" - "Real" vədinə əməl etmədi

İspaniya mətbuatında yer alan xəbərlərdə “Real Madrid”də oynamaq şansı tapmaqda çətinlik çəkən Arda Gülerin azı 2 mövsüm başqa komandaya icarəyə veriləcəyi iddia edilib.

Metbuat.az xəbər verir ki, gənclər komandasına və icarəyə göndərilməmək şərti ilə “Real Madrid”ə imza atan Ardanın baş məşqçi Karlo Ançelotti ilə gərginlik yaşadığı irəli sürülür. Məlumata görə, “Real Madrid” rəhbərliyinə və Karlo Ançelottiyə çox əsəbləşən Arda Güler özünü aldanmış hiss edir. Bildirilir ki, “Real Madrid”ə əsas heyətdə oynadacağına zəmanət verdiyi üçün imza atan Arda Ançelottinin rəhbərliyi altında əsas heyətdə yer almayacağını hesab edir. “Real Madrid” rəhbərliyi də Ançelottinin Ardaya oyun şansı verməyəcəyini qəbul edib və buna görə də futbolçunu icarəyə göndərmək üçün klublarla danışıqlar aparılır.

Məlumata görə, “Real Madrid” rəhbərliyi Karlo Ançelottinin vəzifədə olduğu müddətdə Arda Güleri icarədə saxlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR