Məleykə Abbaszadə kişi müəllimlərin azalması ilə bağlı bunları dedi

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə təhsil sferasında kişi müəllimlərin azalmasına və gender bərabərliyinin pozulmasına öz münasibətini bildirib. O, həmçinin bu məsələ ilə bağlı təkliflərini səsləndirib.

Metbuat.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında qeyd edib ki, insanları bu peşəni seçməyə məcbur etmək düzdün deyil:

"Bu məsələ ilə bağlı peşəyönümlü ciddi işlər aparılmalıdır ki, bizim gənc oğlanlar müəllimlik peşəsini seçsinlər. Maarifləndirmə işləri artmalıdır. Gender bərabərliyi pozulub. Müəllimlərin əksəriyyəti qadınlardır. Ancaq məktəb direktorlarının əksər hissəsi kişilərdir. Dövlət qulluğunda da biz görürük ki, təhsil sahəsində rəhbər vəzifələrdə kişilər üstünlük təşkil edir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR