Azərbaycana bu kitabların gətirilməsi qadağan olunub - RƏSMİ

Ötən il dini dözümsüzlüyü, nifrət və ayrı-seçkiliyi təbliğ edən 150 adda kitabın Azərbaycana idxalının qarşısı alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında bildirilib.

Qeyd edilib ki, 2023-cü ildə ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 235 adda dini ədəbiyyata baxılıb, onlardan 11-nin çapı məqsədəuyğun hesab edilməyib

Həmçinin, ötən il 938 adda (730,3 min ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı