Müğənni polis idarəsinə çağırıldı - FOTO

Xəbər verdiyimiz kimi, tanımadığı şəxs Nigar Camalın adından "TikTok"da hesab açaraq dələduzluq edib.

Metbuat.az xəbər verir ki, müğənni məsələ ilə bağlı polis idarəsinə çağırıldığını və həmin şəxslə bağlı şikayət ərizəsi yazdığını bildirib:

"Bu gün ərizə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldım. Bir neçə gün öncə adımdan TikTok hesabı açıb, insanları şantaj edən şəxslə bağlı şikayət ərizəmi yazdım. Məsələ artıq hüquq-mühafizə orqanlarının nəzarətindədir. Daxili İşlər Nazirliyi başda olmaqla, məsələylə yaxından maraqlanan polislərimizə, Bakı Şəhər Baş Polis İdarəsinə təşəkkürümü bildirirəm. Yekun nəticə ilə bağlı yaxın günlərdə açıqlama verəcəyəm. Məsələni işıqlandıran bütün media orqanlarına isə minnətdaram".

Xatırladaq ki, Elşən Məmmədov adlı şəxs TikTok-da səhifə açaraq Nigar Camalın adından pərəstişkarlarına mesaj yazıb, onlardan foto istəyib. Daha sonra isə onları fotoları ilə şantaj edərək pul istəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı