"Rusiya ilə əlaqələri daha da gücləndirmək Bakı üçün mühüm prioritetlərdən biridir"

Azərbaycan Rusiya ilə əlaqələri daha da gücləndirmək niyyətindədir. Bu, Bakı üçün mühüm prioritetlərdən biridir.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda rusiyalı həmkarı Mixail Mişustinlə görüşdə deyib.

“Dost ölkələrlə, o cümlədən Rusiya ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin mühüm prioritetlərindən biri olaraq qalır. Rusiya ilə mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin və genişləndirilməsinin tərəfdarıyıq”, - o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı