Bu şəxslər üçün sertifikasiya imtahanı keçirilməyəcək

Bu il uşaq bağçalarında çalışan tərbiyəçilər üçün sertifikasiya imtahanı keçirilməyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, yalnız diaqnostik qiymətləndirilmə olacaq: "Proses yay aylarında və bir mərhələdə, elektron formada keçiriləcək. 2025-ci ildə mərhələli şəkildə sertifikasiya prosesinə başlanılacaq. Yəqin ki, proses hansısa region üzrə qrup şəklində olacaq. 2026-cı ilə qədər isə 17 minə yaxın tərbiyəçi sertifikasiyadan keçəcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı