Sabahdan 28 May metrosunun qarşısına avtomobillərin girişi bağlanacaq

Sabahdan 28 may metrosu qarşısında olan giriş şəxsi avtomobillər üçün bağlanacaq.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O qeyd edib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək.

“Həmin ərazilər yalnız ictimai nəqliyyat üçün açıq olacaq. Bununla bağlı məlumat bu gün ictimaiyyətə açıqlanacaq”, - deyə o əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı