Dünyada böyük iqtisadi böhran başlayacaq - AÇIQLAMA

"Son həftələr bitkoin və qızıl qiymətləri tarixi maksimumlardadır, ciddi bir ajiotaj var". bu gedişatın 4 səbəbi ola bilər".

Metbuat.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, bu gedişatın 4 səbəbi ola bilər, səbəblərdən birincisi dünyada çox böyük iqtisadi böhranın başlayacağıdır:

"Dünyada çox böyük iqtisadi böhran gəlir, yatırımçılar qızıla və koinlərə yönələrək vəsaitlərini qorumağa çalışırlar. İkinci səbəb, pandemiyanın cinayətkarcasına idarə edilməsi zamanı dünya iqtisadiyyatına 18 trilyon dollar pul səpildi, hər yerdə inflyasiya artdı, sadə insanlar kasıblaşdı, amma varlılar daha da varlandı – indi həmin vəsaitin bir hissəsi “sterilizasiya” olunmalı, yəni “buxarlanmalıdır”. Bunun ən asan yollarından biri coinlərdə vəsaitin “yandırılmasıdır” ki, çox güman, indi həmin əməliyyata şahidlik edirik.

Digər səbəb, FED və digər Mərkəzi Banklar bu il faiz endirimlərinə gedəcəklər, investorlar düşünür ki, bazarda yenə ucuz pullar artacaq, bu isə yatırım alətlərinin qiymətini yüksəldəcək – buna görə də, öncədən bu alətlərə yönələrək sonradan qazanmaq istəyirlər. Həmçinin, bitkoinin “mining” (istehsal deyək) sayı məhduddur, indi sona gəlinir, say bitməyə doğru gedir, yeri gəlmişkən, bitcoinin yeganə məntiqi “aktivi” sayının məhdud olması məsələsidir".

Ekspert bildirb ki, bu yatırımçılar üçün tələdir, çünki, artıq proses başlayıb, 1 bitkoini, obrazlı desək, min yerə böyüb də satmaq olar, indi də eyni proses olacaq, birjalarda bitkoini “stock split” edib kiçik hissələrlə satacaqlar:

"Dəfələrlə dediyim kimi, bitcoin tam spekulyativ və təklükəli aktivdir, bəli, kimsə böyük pullar qazanıb, qazanacaq da, amma unutmayın ki, kiçik qrup qazananda, həmişə böyük qrup insanlar uduzur, yəni, uduzanlar olmasa qazananlar da olmur. Yəni, bundan öncə də bitkoin 70 minə yaxınlaşmışdı, sonra 2022-ci ildə 16 minə qədər dəyəri düşdü, dünya üzrə kiçik yatırımcılar 1 trilyon dollar pul itirdilər.

Qızıl isə ciddi məsələdir, tarixən qızıl iqtisadi təlatümlərdən öncə, və ya, böhranlar zamanı “güvənli liman” rolunu oynayır. İndi qızılın qiymətinin kəskin artması böyük böhranın qapıda olması deməkdir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı