Bakıda məktəb avtobuslarının tətbiqi çətindir

“Şəhər sakinlər üçün olmalıdır”.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev deyib.

    Anar Rzayev qeyd edib ki, il ərzində Bakı şəhərində təxminən 2 milyard səfər həyata keçirilir: “Bunların yalnız 28%-i ictimai nəqliyyatın, 52 faizi isə fərdi avtomobillərin və taksilərin payına düşür. Burada da fərdi nəqliyyat vasitələrinin sayı isə yarıdan azdır. 2025-ci ilədək ictimai nəqliyyata 300 milyon səfər gətirməliyik”.

    O diqqətə çatdırıb ki, məktəb avtobuslarının tətbiqi çox müzakirə olunurdu, amma hazırda bunun tətbiqi çox çətindir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı