"Real" dayanmır - Mbappedən sonra onu da alır

La Liqada liderlik kürsüsündə olan və Çempionlar Liqasında "Leyptsiq"i mübarizədən kənarlaşdıran "Real Madrid" yeni transfer həmləsi edib.

Metbuat.az xəbər verir ki, Kilian Mbappeni transfer edəcəyi deyilən "Real Madrid" müdafiə xəttini gücləndirmək üçün “Lill”in futbolçusu Leni Yoronu heyətə cəlb etməyə çalışır. "Marca" qəzetinin xəbərinə görə, “Lill” istedadlı futbolçu üçün 100 milyon avro tələb edib. Avropanın bir sıra klublarının Leni Yoronu transfer etmək istədiyi deyilir.

Qeyd edək ki, “Real Madrid”in "Bavariya"da çıxış edən Alfonso Davieslə də razılıq əldə etdiyi deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR