Azərbaycanlı hakim İspaniyanın oyununa təyinat alıb

Beynəlxalq dərəcəli köməkçi hakim Sevda Nuriyeva UEFA-dan təyinat alıb.

Metbuat.az xəbər verir ki, o, 17 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin ikinci turu çərçivəsində Niderlandda keçiriləcək A liqasının V qrupunun oyunlarında köməkçi hakim funksiyasını yerinə yetirəcək.

Oyunların təqvimi:

14 mart

İspaniya – Türkiyə

Baş hakim: Joanna Vassalo (Malta)

Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Van Gilst (Niderland)

Dördüncü hakim: Sterre Biylsma (Niderland)

17 mart

Niderland – Türkiyə

Baş hakim: Nanna Lof Andersen (Danimarka)

Baş hakimin köməkçiləri: Anna Şmidt (Danimarka), Sevda Nuriyeva

Dördüncü hakim: Joanna Vassalo (Malta)

20 mart

Türkiyə – Ukrayna

Baş hakim: Joanna Vassalo (Malta)

Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Van Gilst (Niderland)

Dördüncü hakim: Sterre Biylsma (Niderland)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı