Bakıda şagird özünü binadan atıb - RƏSMİ AÇIQLAMA

Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin IX sinif şagirdinin özünü məktəbin binasından atıb. Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Metbuat.az hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayıb. İdarədən bildirilib ki, qurumun əməkdaşları hazırda Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdədir:

"Məktəbdən verilən ilkin məlumata görə, Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq məqsədilə II mərtəbədə yerləşən sanitar qovşağın pəncərəsindən atılıb qaçmaq istəyərkən yerə yıxılıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb, şagirdə ilkin tibbi yardım göstərilib. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Əlavə məlumat veriləcək".

TƏBİB-dən saytımıza verilən məlumata görə, 16 yaşlı vətəndaş (qadın cinsli) bel fəqərəsində yerdəyişməyən sınıq xətti diaqnozu ilə təcili tibbi yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:

"Zəruri müayinələrdən sonra ambulator müalicə üçün evə buraxılıb".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı