Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda səfərdədir.
Metbuat.az xəbər verir ki, nazir Fidan Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Həmkarları ilə ikitərəfli görüşlər keçirəcək Fidanın 11-ci Qlobal Bakı Forumunda iştirakı gözlənilir.