COP29 bizə yeni fürsətlər yaradacaq - BMT Baş Assambleyasının prezidenti

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bizə yeni fürsətlər yaradacaq.

Metbuat.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 78-ci prezidenti Dennis Francis XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

“COP29-un uğurla keçirləcəyinə inanıram. Düşünürəm ki, iddialı təkliflər irəli sürüləcək. İqlim dəyişikliyinin həlli üçün yeni bir səhifə olacaq. Planetin gələcəyinin qorunub saxlanması üçün təkliflərimizi əsirgəməməliyik. İnanıram ki, hər kəs öz təcrübələrini, biliklərini bölüşəcək.

COP29 bizə lazım olan transformasiyanı gətirəcək. Qarşımızda duran taleyüklü məsələlərə yol xəritəsi olacaq. Yenidən Azərbaycan hökümətinə mühim dialoqların aparıldığı platformaya ev sahibliyi üçün təşəkkür edirəm”,- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı