Sülh müqaviləsinin imzalanmasına tarixi şans yaranıb - Ceyhun Bayramov

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi şans yaranıb.

Metbuat.az xəbər verir ki, bunu Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşünün yekunları üzrə mətbuat konfransı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, bu gün digər məsələlərlə yanaşı Ermənistanla münaqişədən sonrakı vəziyyət, bərpa və qurulucuq işləri, məcburi köşkünlərin geri dönüşü, minalardan təmizlənməsi barədə məlumatlar bölüşüb: "Ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistanla sülhün əldə olunması üçün tarixi şans yaranıb və Azərbaycan bunun üçün lazım olan addımları atır. Beynəlxalq ictimaiyyət Ermənistanı revanşint ideyalardan yayındırmaq, danışırlara sövq etmək üçün müsbət addımlar atmalıdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı