Quru sərhədlər bu vaxta qədər bağlı qalacaq - Baş nazir

“Bizim quru sərhədlərin bağlanması ilə qərarı mən 2021-ci ildə imzalamışam. Bu yaxınlarda da üç aylıq bağlı qalması ilə bağlı qərara imza atdıq. Sərhədlərimiz bu müddətdə bağlı qalacaq. 2021-ci ildən biz ÜDM-nin yüksək faizlərini müşahidə etmişik”.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib.

O qeyd edib ki, ümumi daxil məhsulun aşağı olmasını quru sərhədlərin bağlanması ilə əlaqələndirmək olmaz.

Xatırladaq ki, parlamentin iclasında deputat Qüdrət Həsənquliyev quru sərhədlərinin bağlı qalmasından narahat olduğunu bildirib.

"2023-cü ildə ölkə sərhədləri heç bir səbəb olmadan qanunsuz olaraq bağlı saxlanılıb. Ötən il ÜDM-nin həcmində 1,1 % artım olub, Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə görə dünya üzrə bu 3,1 olub. Adambaşına düşən ÜDM-nin həcmi 0,5 % artıb bu da Avropa ölkələrindən 8-10 dəfə azdır. Əgər ciddi islahatlara getməsək, imtiyazlardan imtina etməsək, iqtisadiyyata hökumətin nəzarətinə son qoyulmasa bu artım tempi ilə Avropa yaşam standartları xalqımız üçün əbədi olaraq xəyal kimi qalacaq”, - o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı