Aysel Süleymanovaya yüksək VƏZİFƏ VERİLDİ

“Bakcell”ə yeni İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar üzrə Direktor təyin edilib.

Metbuat.az xəbər verir ki, bu vəzifə Aysel Süleymanovaya həvalə olunub.Qeyd edək ki, Aysel Süleymanova bundan öncə Azərbaycanın milli aviadaşıyıcısı AZAL-da Kommunikasiya Direktoru və “PwC Azərbaycan” beynəlxalq konsaltinq şirkətində Marketinq və Kommunikasiya rəhbəri kimi fəaliyyət göstərib. O, eyni zamanda “AmCham Azerbaijan”-da Marketinq, Kommunikasiya və Biznesin İnkişafı Komitəsinin qurucusu və sədridir.

Xatırladaq ki, “Bakcell” şirkəti NEQSOL Holding-in tərkibinə daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR