Qalmaqallı verilişlərlə bağlı yeni qərar verildi

Azərbaycan televiziya kanallarında yayımlanan və cəmiyyətdə mənfi müzakirələrə səbəb olan “Səni axtarıram”, “Elgizlə izlə”, “Yaxşıya doğru”, “Bizimləsən”, “Həmin Zaur”, “Təsir dairəsi” verilişləri ilə bağlı qərar verilib.

Metbuat.az Pravda.az-a istinadən xəbər verir ki, həmin proqramların efir vaxtları qısaldılaraq təxminən 30 dəqiqə olması nəzərdə tutulub.

Bundan əlavə, verilişlərin formatlarında müəyyən dəyişikliklər də ediləcək.

Qeyd edək ki, bir neçə gün öncə, ATV, Xəzər, ARB və Space televiziyasının rəhbəri Prezident Administrasiyasına çağırılaraq adıçəkilən verilişlərlə bağlı xəbərdarlıq edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı