Millimizin oyunlarını idarə edəcək hakimlər açıqlandı

Azərbaycan millisinin Bakıda “FIFA series - Edition 2024” layihəsi çərçivəsində keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, yığmamızın Tanzaniya ilə ilk oyununu türkiyəli FIFA referisi Zorbay Küçük idarə edəcək.

Bolqarıstanla matçda isə estoniyalı hakim Kristo Tohver söz sahibi olacaq.

Tanzaniya - Bolqarıstan matçını Əliyar Ağayev, Tanzaniya - Monqolustan qarşılaşmasını isə Elçin Məsiyev idarə edəcək.

22 mart

17:00. Tanzaniya Bolqarıstan
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabbarov (hamısı Azərbaycan).

"Liv Bona Dea Arena"

20:00. Azərbaycan Monqolustan
Baş hakim: Zorbay Küçük, Mehmet Emin Tuqral, İbrahim Çağlar Uyarcan (hamısı Türkiyə), Fəridə Lütfəliyeva (Azərbaycan).

Tofiq Bəhramov adına Respublika stadionu

25 mart

17:00. Tanzaniya Monqolustan
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov (hamısı Azərbaycan).

"Liv Bona Dea Arena"

20:00. Azərbaycan Bolqarıstan

Hakimlər: Kristo Tohver, Sander Saqa, Sten Klaasen (hamısı Estoniya), İnqilab Məmmədov (Azərbaycan).

Tofiq Bəhramov adına Respublika stadionu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı