Ruhi deputat olmaq istəyir? - VİDEO

Biznes-ledi Ruhiyyə Əliyevanın (Ruhi) növbəti parlament seçkilərində deputatlığa namizədliyini verəcəyi barədə iddialar ortaya atılıb.

Metbuat.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Tovuzdan olan fəallar sosial şəbəkə hesablarında məlumat veriblər. Onların sözlərinə görə, Ruhi Əliyeva 105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürəcək. Mərhum Qənirə Paşayevanın yerinə millət vəkili seçiləcəyi deyilən R.Əliyeva artıq Tovuz rayonunun sakinləri ilə əlaqələri genişləndirir, ehtiyacı olanlara yardımlar edir. Onun ehtiyacı olanlara sovqat paylaması barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, 1977-ci ildə Tovuzun Aşağı Eyyublu kəndində dünyaya göz açan Ruhi Əliyeva YAP Qadınlar Şurasının üzvü, “Liatris Holding”in rəhbəridir.

Xəbərə münasibət bildirən “Liatris Holding”in direktor müavini Tural Müseyibov deyib ki, R.Əliyevanın millət vəkili seçilməsi üçün görüşlər keçirməsi ilə bağlı yayılan məlumatın əsası yoxdur:

“Millət vəkili olmaq istəyi qəbahət deyil - amma Ruhiyyə Əliyeva deputat olmaq istəmir. Bu birmənalıdır. Əyyublu kəndində ilk olaraq ehtiyacı olan ailələrlə keçirilən görüş isə ilk dəfə deyil. Bu hər bayramda Ruhiyyə Əliyevanın rəhbərliyi ilə ənənəvi olaraq atılan bir addımdır. Bu dəfə isə Ramazan ayı və qarşıdan gələn Novruz bayramı münasibətilə belə bir tədbir görüldü, ailələr sevindi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı