Bayramda bu bölgələrdə qar olacaq

Bölgələrdə bayram günlərində (martın 20-24-də) gözlənilən hava açıqlanıb.

Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

    Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 24-ü gündüz tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 0-5 ° isti, gündüz 6-11° isti olacaq.

    Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 24-ü gündüz tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.

    Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 24-ü gündüz tədricən kəsiləcək. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 0-4° isti, dağlıq ərazilərdə 5°-dək şaxta, gündüz 3-8° isti olacaq.

    Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 20-si və 21-i gündüz saatlarında yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Mingəçevir, Şamaxı rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 20-si və 21-i gündüz saatlarında yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

    Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 20-si və 21-i gündüz saatlarında yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 2°şaxtdan 3°-dək isti, gündüz 3-7° isti olacaq.

    Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 21-i gündüz saatlarında yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 21-i gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15 m/s olacaq.
    Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-12° isti olacaq.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı