İspaniya mətbuatı Arda Gülerin “Real Madrid”də daha çox oyun keçirməsi üçün Karlo Ançelottiyə təzyiq göstərir.
Metbuat.az xəbər verir ki, “Real Madrid”də ilk qolunu "Selta Viqo"ya vuran Arda Gülerin "Osasuna" matçındakı uzaqdan zərbəsinin dirəyə dəyməsi İspaniyada gündəm olub.“Skorer”in xəbərinə görə, Arda Gülerin mərkəzdən vurduğu zərbə İspaniyada futbol aləmində geniş əks-səda doğurub. "Real Madrid"in baş məşqçisi oyunçunu matça gec daxil etdiyi üçün tənqid edilib.
Xose Visente Hernaez "Marca" qəzetində yer alan "Arda Gülerin girişi çox gec oldu" başlıqlı yazısında "Bu matçda daha çox vaxt verilə bilərdi, amma onlar razı qaldılar. Son bir neçə dəqiqənin heç bir faydası olmayacaq. Arda meydançaya hər addım atanda keyfiyyətli oyun nümayiş etdirir. Karlo Ancelotti daha nə gözləyir?" deyə qeyd edib.