Rusiyada prezident seçkilərinin nəticələri açıqlandı

Rusiyada prezident seçkilərinin yekun nəticələri açıqlanıb.

Metbuat.az xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, dövlət başçısı Vladimir Putin seçkilərdə ümumi 87,28% səslə qalib gəlib.

Rusiya MSK-nın rəhbəri Ella Pamfilovanın sözlərinə görə, Putinə 76 277 708 nəfər səs verib.

Namizədlərdən Nikolay Xaritanov 4,31, Vladislav Davankov 3,85, Leonid Slutskiy isə 3,2% səs toplaya bilib.

Qeyd edək ki, ölkə üzrə seçici fəallığı 77,49 faiz təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR