Azərbaycan millisinin üzvü Türkiyə klubu ilə anlaşdı

Mövsümün sonunda “Neftçi”dən ayrılacaq ilk futbolçunun kimliyinə aydınlıq gətirilib.

Metbuat.az Sportinfo.az-a istinadən xəbər verir ki, bu, Eddi İsrafilovdur.

2022-ci ilin yanvarından “ağ-qaralar”ın şərəfini qoruyan yarımmüdafiəçi yeni müqavilə təklifini qəbul etməyib. İllik ödənişinin artırılmasını tələb edən 31 yaşlı orta sahə oyunçusu 350-400 min dollarlıq maaş istəyib.

AFFA tərəfindən milliləşdirilən İsrafilovun “Neftçi”ni hansı kluba dəyişməyə hazırlaşması da məlumdur. Karyerasının əsas hissəsi İspaniyaya bağlı olan Eddi Türkiyədən gələn təkliflə razılaşıb. O bu ilin əvvəlində Vüsal İsgəndərlini sıralarına qatan “Boluspor”la anlaşma əldə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı