İlk dəfə Bakıda təşkil olunan futbol üzrə “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün ilk oyunlar keçiriləcək.
Metbuat.az xəbər verir ki, Azərbaycan millisi birinci görüşünə çıxacaq.
Arif Əsədovun rəhbərlik etdiyi komanda Monqolustan seçməsini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
Qeyd edək ki, digər matçda Bolqarıstanla Tanzaniya üz-üzə gələcəklər. “Liv Bona Dea Arena”da təşkil olunacaq bu oyun saat 17:00-da başlayacaq.
“FIFA series – Edition 2024”
22 mart
20:00. Azərbaycan – Monqolustan
Baş hakim: Zorbay Küçük (Türkiyə)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu