Daha bir idmançımız Paris olimpiadasına gedir

Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Metbuat.az xəbər verir ki, bu, Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə qazanılan ilk lisenziyadır.

Bununla da gimnastika millimizin Fransanın paytaxtına qazandığı vəsiqələrin sayı 2-yə yüksəlib.

Xatırladaq ki, bədii gimnastımız Zöhrə Ağamirova da ötən il "Paris-2024"ə lisenziya əldə etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR