Azərbaycan millisi beynəlxalq turniri 3 medalla başa vurdu

Azərbaycanın cüdo millisi Almaniyada yeniyetmə və gənc qızlar arasında keçirilən beynəlxalq Türingiya Kubokunu 3 medalla başa vurub.

Metbuat.az xəbər verir ki, Xədicə Abdullayeva (40 kiloqram) və Vüsalə Hacıyeva (52 kiloqram) qızıl, Leyla Ələkbərova( 44 kiloqram) isə gümüş mükafata sahib çıxıb.

Qeyd edək ki, 15 cüdoçu ilə təmsil olunan Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 4-cü yeri tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı